Türk ordusu 19 terrorçunu zərərsizləşdirdi

Türk ordusu 19 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında daha 19 terrorçunu zərərsizləşdirib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 19 , terrorçudan 16-sı "Zeytun budağı" əməliyyat bölgəsinə soxulmağa hazırlaşırmış.

 

Daha 3 terrorçu isə "Barış bulağı" əməliyyat zonasında zərərsizləşdirilib. 

Xəbəri paylaş: