Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə görüşəcəklər

img

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belçikanın paytaxtı Brüsselə işgüzar səfər edəcək. 

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası açıqlama yayıb. 

Qeyd olunub ki, Qriqoryan sentyabrın 26-Fransa prezidenti Emmanuel Makronun müşavirləri, Almaniya kansleri Olaf Şolts, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşəcək. 

Tərəflər Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşünü hazırlamaq üçün bir araya gələcək. 

Xəbəri paylaş: