Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl müqaviləsi, Qarabağ və Suriya ilə bağlı vəziyyəti müzakirə edib.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyində Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşün yekunlarına dair məlumatında deyib.
Bildirilib ki, Qarabağ nizamlanması prosesinin inkişafı və Suriyadakı mövcud vəziyyətə diqqət yetirilib.