Türkiyənin Şırnak və Diyarbəkir vilayətlərində həyata keçirilən əməliyyatlarda qırmızı və boz kateqoriyada axtarılan 2 terrorçu zərərsizləşdirilib.
Rezonans.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O, "X" platformasında əməliyyatın görüntülərini paylaşaraq “Şəhidlərimizin qanı geridə qalmadı. 9 təhlükəsizlik əməkdaşımızın şəhid olduğu, 21 təhlükəsizlik əməkdaşımızın yaralandığı hadisələrdə bu terrorçular iştirak edib",- yazıb.