Rusiyada koronavirusa yoluxma halları artır

img

Rusiyada COVID-19-a yoluxma hallarında artım var.

Rezonans.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mixail Muraşko  bildirib.

Statistikaya görə, Rusiyada bir həftə ərzində COVID-19-a yoluxma halları 22% artıb. Sentyabrın 18-dən sentyabrın 24-dək Rusiyada 14 435 koronavirusa yeni yoluxma halı aşkarlanıb. 2328 nəfər xəstəxanaya yerləşdirilib, 10327 nəfər sağalıb.

Rusiyanın bəzi regionları COVID-19 və qriplə mübarizə üçün maska rejiminə qayıdıb.

Xəbəri paylaş: