Kuril adaları yaxınlığında güclü zəlzələ oldu

img

Seysmoloqlar cümə günü səhər saatlarında Sakit okeanda Kuril adalarının cənub qrupu yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alıblar.

Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri İturup adasından 123 km cənub-şərqdə, 66 km dərinlikdə yerləşib.

Seysmoloqların məlumatına görə, Kuril adalarının cənub qrupunun sakinləri 3 bala qədər gücündə yeraltı təkanlar hiss ediblər. Belə bir intensivliklə kiçik bir vibrasiya hiss olunur, evlərdə asılmış əşyalar yellənir və şüşə cingildəyə bilər.

Xəbəri paylaş: