Cəbrayıl rayon məktəbində "Cəbrayıl Şəhəri Günü" təntənəli şəkildə qeyd edilib

img

Cəbrayıl Şəhəri Günü ilə əlaqədar Cəbrayıl rayon 12 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülbəniz Səfərovanın rəhbərliyi ilə geniş tədbir keçirilib.


Rezonans.az xəbər verir ki, tədbiri məktəbin direktoru Arif İsmayılov açıq elan edərək,  bu gün münasibətilə şagird və müəllimləri təbrik edib. 


Daha sonra tədbirdə Cəbrayıl şəhərinin yaranması tarixindən məlumatlar verilmiş,şeirlər söylənmiş və uşaqlar mahnı və rəqslər ifa etmişlər.


Xəbəri paylaş: