17 Oktyabr – Füzuli şəhəri günü Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini təşkil edən Zəfər salnaməsinin, milli iradənin və Böyük Qayıdışın simvolik ifadəsidir. Bu tarix yalnız Füzulinin işğaldan azad edilməsini deyil, həm də otuzillik həsrətin sona çatmasını, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi müstəvidə bərpa etməsini, Qarabağın və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə qədəm qoymasını təcəssüm etdirir. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, əhalinin doğma yurdlarından didərgin salınması ilə yanaşı, yüzlərlə insan həyatını itirmiş, əsir və itkin düşmüşdür. Füzuli sakinlərinin 30 il ərzində yaşadığı məcburi köçkünlük həyatının yaratdığı sosial və mənəvi ağrı Azərbaycanın ümummilli probleminin bir hissəsi idi. Füzulinin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Bu layihələr Füzulini digər azad edilmiş ərazilərlə əlaqələndirən mühüm nəqliyyat arteriyalarına çevirməklə yanaşı, regionun iqtisadi potensialının reallaşdırılması üçün də yeni imkanlar yaradır.Füzulidə aparılan quruculuq işləri yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Yeni məktəblər, uşaq bağçaları, xəstəxana, peşə təhsili müəssisələri, idman və yaradıcılıq mərkəzləri, yaşayış kompleksləri və digər sosial obyektlərin yaradılması dövlətin əsas prioritetinin insan amili olduğunu göstərir. Füzulinin timsalında Azərbaycanın hərbi Zəfərinin siyasi-diplomatik iradə, iqtisadi imkanlar və genişmiqyaslı quruculuq siyasəti ilə tamamlandığının aydın mənzərəsini görmək mümkündür. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan ərazini əhatə edən Füzuli rayonu coğrafi mövqeyinə görə Azərbaycanın mühüm bölgələrindən biridir. Füzuli uğrunda döyüşlər Azərbaycanın hərbi tarixinin ən ağır və mürəkkəb əməliyyatlarından biri kimi yadda qaldı. Təxminən 30 il ərzində təmas xəttində çoxsaylı müdafiə istehkamları yaradan düşmənin mövqelərinin yarılması Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin, peşəkarlığının, texniki üstünlüyünün və şəxsi heyətin misilsiz qəhrəmanlığının nəticəsi idi. 17 oktyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına Füzulinin azad edildiyi şanlı tarix kimi həkk olundu. Füzuli uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 25 325 hərbi qulluqçunun “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması bu tarixi Qələbədə iştirak edən hərbçilərin xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Füzulinin azad olunmasından sonra qarşıda daha böyük və mürəkkəb vəzifələr dayanırdı. İşğal illərində şəhər və kəndlər dağıdılmış, sosial və iqtisadi infrastruktur tamamilə məhv edilmiş, ərazilər minalarla çirkləndirilmişdi. Füzulinin yeni inkişaf dövrü Prezident cənab İlham Əliyevin azad edilmiş ərazilərə müntəzəm səfərləri ilə də müşayiət olunur. Bu səfərlər zamanı şəhər və kəndlərin baş planlarının müzakirəsindən tutmuş yol, enerji, su, yaşayış və sosial obyektlərin təməlinin qoyulmasına, beynəlxalq tərəfdaşlarla birgə layihələrin açılışına qədər çoxsaylı tədbirlər həyata keçirilib. Füzulinin taleyi Azərbaycanın son otuz ildə keçdiyi mürəkkəb tarixi yolun mühüm göstəricilərindən biridir. Bir vaxtlar işğal altında olan, şəhərləri və kəndləri dağıdılan, əhalisi doğma yurdlarından didərgin salınan Füzuli bu gün yenidən qurulan, sakinlərini qəbul edən, müasir infrastruktura malik yeni şəhərsalma məkanına çevrilir. Bu dəyişiklik Azərbaycan dövlətinin gücünün, xalqın iradəsinin və Zəfərdən sonra həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. 17 Oktyabr-Füzuli şəhəri gününün təsis edilməsi də məhz bu tarixi reallığın dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










