Faktiki hava açıqlandı

img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 4-nə olan məlumatına əsasən, Daşkəsəndə, Gədəbəydə, Gəncədə, Şəmkirdə, Ceyrançöldə, Balakəndə, Qəbələdə, Zaqatalada, Yevlaxda, Göyçayda, Sabirabadda, Lənkəranda, Astarada, Şəkidə, Qaxda, İsmayıllıda, Qobustanda, Qusarda, Xaltanda, Qrızda, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağda isə qar yağıb.

Xidmətdən Rezonans.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.

Xəbəri paylaş: