Ərdoğanın mühafizə xərcləri AÇIQLANDI

img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə büdcəsi bir ildə iki dəfə artıb. 

Rezonans.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, Prezidentin Müdafiəsi Departamenti 2023-cü ilin ilk 8 ayında Ərdoğanın mühafizəsinə 693,4 milyon TL (təxminən 42 milyon 730 min manat) xərcləyib. 

Qeyd olunub ki, Türkiyə liderinin bir günlük müdafiəsinin dəyəri 245 minimum əmək haqqına - gündəlik 2,8 milyon TL-yə bərabərdir. Prezident iqamətgahının mühafizə xərcləri isə keçən ilin avqust ayında 337,7 milyon TL olub.

Xəbəri paylaş: