Ukrayna rəsmiləri hərbi vəziyyət şəraitində seçki kampaniyası keçirməyi düşünür, lakin seçkilər ölkənin hazırkı lideri Volodimir Zelenskinin legitimliyinə xələl gətirə bilər.
Rezonans.az xəbər verir ki, bu barədə Amerikanın "New York Times" (NYT) nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Kiyevdə Zelenskinin “rəqabətli seçkilərin qeyri-mümkün olduğu şəraitdə özü üçün yeni müddət təmin etmək” üçün səsvermədə iştirak edə biləcəyi ilə bağlı şayiələr var. Bunun üçün Ukrayna hakimiyyəti müvəqqəti olaraq hərbi vəziyyəti ləğv etməli olacaq.