Xerson vilayətinin bu bölgəsində Rusiya bayrağı qaldırıldı

img

Xerson vilayətinin Çernobaevka kəndində yerli icraiyyə komitəsinin binası yaxınlığında Rusiya bayrağı qaldırılıb.

Rezonans.az xəbər verir ki, "RİA Novosti"nin məlumatında Xerson Beynəlxalq Hava Limanının da burada yerləşdiyi qeyd olunur. 

Rusiya təhlükəsizlik qüvvələri də yerli administrasiyanın binasından Ukrayna lövhələrini yığışdırıb.

Çernobaevka sakinlərinin sözlərinə görə, kənd administrasiyasının keçmiş başçısı İqor Dudar Ukraynanın nəzarətində olan əraziyə gedib. 

Rus qoşunları Xerson vilayətinin ərazisini nəzarətə götürüb. Burada hərbi-mülki idarə təşkil ediblər, Rusiya telekanallarının və radiolarının yayımına başlayıblar. Mayın 1-də rubl zonasına keçid başlayıb. 

Xəbəri paylaş: