Ukraynada güclü partlayış - Hava hücumu xəbərdarlığı edildi

img

Mayın 2-də Ukraynanın cənubunda güclü partlayışlar olub.

Rezonans.az xəbər verir ki, UNİAN-ın məlumatında partlayışların  Odessa və Nikolayevdə baş verdiyi bildirilir. 

Şahidlərin sözlərinə görə, Odessada bir, Nikolayevdə isə bir neçə güclü partlayış eşidilib. Şəhərlərdə hava hücumu xəbərdarlığı edilib.

Bundan əvvəl Rusiya raketlərindən biri Odessa infrastruktur obyektini vurmuşdu.

Xəbəri paylaş: