XİN-dən zəlzələ qurbanları ilə bağlı Əfqanıstana BAŞSAĞLIĞI

img

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib.

Rezonans.az xəbər verir ki, başsağlığında deyilir:

"Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır".

Xəbəri paylaş: