HƏBİB ZƏRBƏLİYEV-ŞANTAJ, BÖHTAN, AVANTÜRA SİMVOLU

img

Cəmiyyət insanların təzadlı davranışı ilə maraqlı olur,- deyiləndə bəziləri elə başa düşür ki, bu təzadlı davranışlar anormal hərəkətlərdir. Və başlayırlar meymun kimi anormal hərəkətlərə. Əslində bu düşüncə anormal adamlar, şizofreniyadan əziyyət çəkənlər üçün normal haldır. Yediyin qaba tüpürmək, əyləşdiyin süfrəyə murdarçılıq etmək heç qəbilə halında yaşayan tayfalarda da məqbul sayılmayıb. Əfsuslar olsun ki, bizim azərbaycanlı ziyalılarımız arasında da qəbilə təfəkküründə olan insanlar meydana çıxır. Dəhşət burasındadır ki, belə ziyalılar alimlərin arasından çıxır.

Bəlkə də ötən aylarda diqqətimizi feysbuk sosial şəbəkəsində və bəzi reklam olacaq deyə adını çəkmək istəmədiyim saytda ardıcıl olaraq özünü alim, dilşünas, nə bilim İndoneziyaşünas kimi tanıtmağa çalışan professor Həbib Zərbəliyev haqqında ziyalı yanaşması ona düşdüyü “xəstəlikdən” müalicəsi üçün tablet-məsləhətlər kimi zəif oldu, ya da alim bunları qəbul etməkdən imtina etdi. Görünür resepti dəyişmək, “müalicəni” daha daha təsirli formada həyata keçirmək lazımdır.

Əslində belə təxəyyülə malik insanlar ictimaiyyət arasında reklam üçün özünü hansısa formada cəmiyyətə “soxuşdurmağa” çalışır və bundan həzz alır. Bəzən əzizlərini, doğmalarını da anormal məqsədlərinə qurban verirlər.

Budur, yazılarına uzun müddətdir diqqət etdiyim, işlədiyi yerlərdən qovul-qovula gələn alim, professor Həbib Zərbəliyev ağına-bozuna baxmadan ölkənin tanınmış bir ali təhsil ocağı haqqında əsassız, çayxana terminləri ilə yazılar dərc edir, şəxsi ambisiyalarını bu təhsil ocağının rəhbəri, akademik, yazıçı-publisist, Kamal Abdullayev haqqında təhqiramiz sözlər işlətməklə gündəmə çevrilməyə çalışır. Bir neçə ay əvvəl verdiyimiz sualı yenidən təkrarlayaraq soruşuruq: Niyə? Məqsəd nədir? Əgər akademiklə qərəzin, düşmənçiliyin varsa, get kişi kimi özü ilə vuruş. Neçə-neçə alimi, müəllimi, tələbəni, ümumilikdə böyük nüfuza malik bir kollektivi ölkə ictimaiyyətinin, beynəlxalq aləmin gözündən salmaq yalnız düşmən erməninin, Makron kimi qeylərin xəstə təxəyyülünün məhsuludur.

Dünən axşam feysbuk səhifəsində Həbib Zərbəliyevin yazdığı bir cəfəngiyyat diqqətimizi cəlb etdi və ona yazdığım şərh 17 dəqiqə sonra Həbib tərəfindən silindi.

Ruslar demişkən: Vot tı mujik, o…..? Hünərin çatmadı o sözləri yeməyə? Paylaşımda görün özünü ziyalı, alim adlandıran indoneziyaşünas, nə bilim nə şünas alimimiz nə yazır:

Paylaşım üç saat əvvəl:

Bu saatı bir neçə il əvvəl xaricdə almışdım. Çox bahalı deyil. Hazırda işləmədiyimə görə mən onu hərraca çıxarmaq istəyirəm, həm də çox baha qiymətə. (Diqqət edin. Bu paylaşımdan bir neçə gün əvvəl- 01.10.2023-də “Xalq qəzeti”ndəki yazıda özünü Həbib ZƏRBƏLİYEV,
AMEA Dilçilik İnstitutunun baş elmi işçisi, professoru kimi təqdim edib-F.Ə.)Məntiqli sual yaranır: bahalı deyilsə, niyə onu hərraca baha qiymətə çıxarmaq istəyirəm?! Məsələ burasındadır ki, bu saat videokameralı saatdır və çox hadisələrin şahidi olub. Azərbaycan Dillər Universitetinin əməkdaşlarının bir qismində xüsusi bir fobiya var. Bu səbəbdən onlar müəyyən hallarda məndən bu saatı müvəqqəti istifadə üçün xahiş edirdilər. Mən də məmnuniyyətlə verirdim. Nəticədə məndə qısametrajlı filmlərdən ibarət bütov bir videoteka yarandı. Filmlərin videotekada saxlanması ssenari müəllifləri ilə razılaşdırılıb. Başqa sözlə, bu saat tarixi saatdır. Amma, əlbəttə, saat hərraca filmlərsiz çıxarılır. Müəlliflik hüququ mənə aiddir. Hərrac barədə əlavə məlumat verəcəyəm.

Əziz oxucular, diqqət edin, böyük bir ziyalı kollektivi, təhsil ocağını şəxsi düşüncələri ilə təhqirlə yanaşı şantaj edən Həbib Zərbəliyevin psixoloji durumu barədə müayinə edilməsinə ehtiyac yaranmırmı? Əvvəla bu təhsil ocağı barədə yazdıqlarına cavab olmasın deyə, guya sənin bu saatının kameralı olmasına görə çoxları sussun, danışmasın, sənin yalan və şantajlarına cavab verməsin, xofu yaratmağın keçərli deyil. Artıq bu təhsil ocağında, həmçinin Azərbaycan alimləri, ziyalıları arasında məntiqsiz düşüncələrinə fikir verən yoxdur, sənin kimlər tərəfindən idarə olunduğun da aşikar görünür. Digər tərəfdən, universitetdə çalışan qadınları hədəfə almağın, onların əxlaqını şübhə altına salmağın şərəfsizliyin, namərdliyin bariz nümunəsidir. Hələ səni araşdırarkən, əlbəttə buna sənin yazıların məni məcbur etdi, ay zavallı, biçarə alim-əgər belə demək düzgündürsə, doğma qızının da haqqında hədyanlar yazdığın universitetdə bir mərkəzin rəhbəri, kollektivin üzvüdür. Necə başa düşək, bu saatın xidmətlərindəın yəqin ki, sənə yaxın olanlar istifadə edib? Hərçənd ki, şəxsin razılığı olmadan gizli çəkiliş, səsyazma şantajdan başqa bir şey deyil. Digər tərəfdən audi-vizual çəkilişlər edən avadanlıqlar, xüsusilə mobil telefonlar ölkəyə daxil olandan cəmi bir neçə il sonra mümkün olmuşdur, sənin xaricdən hansı yolla aldığın, gətirdiyin saat kimin nəyinə lazımdır ay zavallı alim?

İnanıram ki, şərləmək, ləkələmək, ayrı-ayrılıqda şəxslərin, bütövlükdə böyük bir kollektivi şantaj etmək məqsədilə edilən paylaşım son günlər ölkənin bütün ictimaiyyətini, hüquq-mühafizə orqanlarını ayağa qaldırıb iki yenyetmə şərəfsizin ağılsız, anormal hərəkətlərinin, nəqliyyat vasitələrinin sürətlə hərəkət etdiyi yola avtomobil təkərini atmaqla böyük təhlükə törətmələrinin ifşa edildiyi kimi, professor Həbib Zərbəliyevin paylaşımına da qiymət veriləcək. Orada çalışan ana-bacılarımızın ləyaqəti xatirinə!

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Xəbəri paylaş: