Milli Məclisin deputatları - Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və Məlahət İbrahimqızı oktyabrın 9-da Latviya Respublikasının paytaxtı Riqa şəhərinə səfər edəcəklər.
Rezonans.az xəbər verir ki, deputatlar səfər çərçivəsində Latviya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər.
Səfər oktyabrın 12-də başa çatacaq.