Azərbaycan artıq güclü dövlətə və kosmosda peykləri olan qüdrətli bir ölkəyə çevrilib

img

Bu gün  Azərbaycanın iqtisadiyyatının, sənayesinin, elm sahəsinin sürətlə inkişaf etməsində ulu öndər Heydər Əliyev imzası görünür. Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi bütün işlər  müstəqil Azərbaycanın güclü dövlət olmasına hesablanmışdır. 


1973-cü ildə  ulu öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. 50 il sonra, 2023 cü ildə Prezident cənab İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda yenidən Beynəlxalq Astronavtika Konqresi keçirildi. 100-dən çox ölkəni təmsil edən və 5000-dən çox iştirakçısı olan tədbirdə Prezident cənab İlham Əliyev çıxış etdi.

Ölkə başçımız çıxışında Azərbaycanda Astronavtika sahəsinin sürətli inkişafı, ölkəmizin beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilməsi, eləcə də Azərbaycanın dünyada gedən siyasi və iqtisadi proseslərdə önəmli rol oynaması haqqında ətraflı məlumat verdi. 


Qürurlu haldır ki, artıq 10 ildir Azərbaycan Beynəlxalq Astronavtika ailəsinin fəal üzvüdür. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəçi peykinə malik olan Azərbaycan beynəlxalq kosmik sənayenin inkişafına böyük töhfə verir. Sevindirici haldır ki, bu peyklər Azərbaycan mütəxəssisləri tərəfindən idarə olunur və Azərbaycanla yanaşı 45-dən artıq ölkəyə xidmət edir. 

Azərbaycan beynəlxalq təşkilatlarda dünyanın siyasi ictimai həyatında mühüm rol oynayır. Ölkəmiz 100-dən çox üzvü olan Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Prezident cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzuna, eləcə də  BMT dən sonra dünyanın iknci ən böyük siyasi təşkilatı olan və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının dünyada nüfuzunun artmasına böyük töhfələr verdiyinə görə  Azərbaycan dördüncü ildir ki, bu təşkilata sədrlik edir. Bu gün bir çox Avropa dövlətləri Azərbaycanı özlərinə dost və etibarlı tərəfdaş ölkə hesab edirlər. Ölkəmiz Avropa İttifaqının 4 dövləti ilə strateji tərəfdaşlıq haqqında  bəyannamə imzalamışdır. Azərbaycandan Avropa dövlətlərinə ixrac edilən təbii qaz bu dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfə verir.


Azərbaycan dövlətinin siyasətinin əsasını qonşu dövlətlərlə dostluq əlaqələri yaratmaq, xalqlar arasında mehriban,  səmimi ünsiyyət qurmaq təşkil edir. Ölkəmiz multikultural dəyərlərə böyük önəm verir. Azərbaycan çoxmədəniyyətli, çox komfessialı cəmiyyətə malik dövlətdir. Ölkəmizdə yaşayan bütün xalqlar üçün  öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamaları üçün hər cür şərait yaradılmışdır. Azərbaycan  10 ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə  ilk dəfə olaraq Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə olundu.


Müstəqilliyimizin ilk illərində yoxsul bir dövlət olan Azərbaycan artıq güclü dövlətə və kosmosda peykləri olan qüdrətli bir ölkəyə çevrilmişdir.


Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: