
Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Çində uğurlu çıxış edib.
Azərbaycan Taekvondo Federasiyasından Rezonans.az-a verilən məlumata görə, 80 kq çəki dərəcəsində K-44 kateqoriyasında qüvvəsini sınayan yığma üzvü Tayyuan şəhərində keçirilən Qran-pridə fəxri kürsüyə yüksəlib.
Bütün rəqiblərinə qalib gələn Abuzərli qızıl medala yiyələnib və Azərbaycan himnini səsləndirib.