
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirməyi planlaşdırır.
Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Putin Rusiya Enerji Həftəsinin plenar iclasında deyib.
“Mən MDB-nin Qırğızıstanda keçiriləcək sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşəcəyəm”.
Kremlin məlumatına görə, prezidentlər Qarabağdakı vəziyyəti və Rusiya sülhməramlıları mövzusunu müzakirə edəcəklər.