İlham Əliyev 2044-cü il Azərbaycanının aydın üfüqlərini yaradır - Zahid Oruc

img

“Tarixi düzgün oxumaq, bir çox şərqli rəhbərlər kimi keçmişə hissi-emosional  deyil, rasional yanaşmaq-Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan, Bağırovdan, Elçibəydən Ulu öndər Heydər Əliyevə qədər müxtəlif  formasiya və ideologiyalarda xalqımıza rəhbərlik edən şəxslərin yarımçıq qalan ideallarını gerçəkləşdirən İlham Əliyev əsrlərin lideri oldu. Bəli, 44 günlük müharibədə qazanılan Zəfər, Zamanı və yaşadığımız yüz ili aşdığına görə dövlət başçısının statusu normativ prezident və  Ali Baş Komandan titulundan daha üstündür. İlham Əliyev 44 günlük müharibədə qazanılan parlaq Zəfərlə milyonlarla azərbaycanlını 20 faizlik natamamlıqdan xilas etdi, bütöv vətəndaşla yeni-4-cü Respublikanı qurdu. Cümhuriyyət, sovet dövrü, müstəqilliyin ilk illərindən ta 2020-ci ilə qədər ölkənin və xalqın  siyasi təcümeyi-halı son 3 ilin dövləti ilə eyni deyil və biz fərqli milli kimliyə, yeni Respublikaya qovuşmuşuq”. 

 

Rezonans.az xəbər verir ki, bunu İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında deputat Zahid Oruc bildirib. 


“8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü” 4-cü Respublikanın təvəllüd tarixidir. İndi fərqli siyasi təqvim-sülh erası başlayır. Əslərdir axan qan və göz yaşları nəhayət, durur və  yeni ədalətli dünya nizamının əsası Qafqazda qoyulur.   

 

Rusiya-Ukranya savaşına, yaxud böyük siyasi qəzaya çevrilən Qəzzadakı qanlı toqquşmalara son qoyulması üçün adil vasitəçiliyi haqq edən də İlham Əliyevdir. Yaxın Şərqdə savaşın şiddət və amansızlığı qələbəmizin əzəmətini, Azərbaycanın müharibəni ləyaqətlə apardığını və  yeni hərbi qanunlar yazanlar üçün əsl Bakı Konvensiyasını dünyaya nümayiş etdirir. 

 

İlham Əliyevin liderliyi təkcə ötən 20 ilin deyil, daha çox gələcəyin-2044-cü ilin Azərbaycanının aydın üfüqlərini yaradır. Nəinki ölkəmizin, eləcə də bölgəmizin sabahı İlham Əliyevin gələcək 20 illik kursundan asılıdır. Qələbəmizdən sonra yaranacaq yeni birliklərdə Azərbaycan əsas söz sahibidir. Bakı, Tiflis və İrəvan arasında tarixi bağlar bərpa olunduqca, 200 il sonra ermənilər və bütün region xalqlarını iqtisadi rifaha qovuşduran arteriyalar açıldıqca, 200 km qısalan qədim yollar dirçəldikcə, dünya erməniçiliyi Azərbaycanla birgə sülhün və rifahın inşasına qoşulacaqlar. Qafqazın Marşal planı Qarabağda və  dünyada sülh şüarı ilə barışın coğrafiyasını genişləndirəcək, ermənilər mifik tarixdən, Sprük və Miatsumdan qurtularaq  Ermənistanı da xilas edəcəklər”.

Xəbəri paylaş: