İlham Əliyev öz adını Azərbaycan tarixinə əbədi həkk edib - Spiker

img

“Prezident İlham Əliyevin hərbi quruculuq siyasəti nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən silahlı qüvvələr yaradılmışdır. Qarabağı və Şərqi Zəngəzuru heç vaxt görməyən, ancaq doğma torpaq yolunda canından keçməyə hazır olan gənc nəsil yetişdirib”.

 

Rezonans.az xəbər verir ki, bunu  İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında spiker Sahibə Qafarova bildirib. 


“Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan vermişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və  Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, yüksək hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin edib.


30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları azad edilmiş və Ulu Öndər Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya layiqincə sona  çatdırılıb.  Dünya miqyasında az sayda liderə nəsib olan möhtəşəm Zəfərə imza atmaqla cənab İlham Əliyev öz adını Azərbaycan tarixinə əbədi həkk edib”,- deyə o qeyd edib.

Xəbəri paylaş: