"Hər kəs İlham Əliyevin yeni tarix yazmasının fərqdindədir" - Vitse-spiker

img

Bir sıra dövlətlərdə konstitusion idarəetmə quruluşunu dəyişməklə hakimiyyətdə qalanlardan fərqli olaraq İlham Əliyev yalnız ümumxalq seçkilərində xalqın səsini qazanaraq dəfələrlə qalib gələn dövlət başçısıdır".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Əli Hüseynli parlamentin bu gün keçirilən xüsusi iclasında çıxışı zamanı deyib. 

MM sədrinin müavini bildirib ki, Prezident müasir hüquqi və demokratik dünyada 20 il sabit, davamlı, amma həm də artan reytinqi olan çox nadir tarixi şəxsiyyətdir:

"Əslində İlham Əliyevin uğur tarixi daha dərindir. İlham Əliyev hələ ilk prezident seçkilərindən sonra radikal müxalifətin dövlət çevrilişi cəhdini, hakimiyyətdəki bəzi avantüristlərin hərəkətlərinin qarşısını da eyni qətiyyətlə almışdı. İndi Qarabağdakı qələbəmiz də, oradan ermənilər könüllü təxliyə edilirlərsə, radikal müxalif düşüncə Azərbaycandan birdəfəlik təxliyə olunmaqdadır. Hər kəs Qarabağın azad edilməsi ilə İlham Əliyevin yeni tarix yazmasının fərqdindədir. Amma öncə İlham Əliyev tarixi yenidən yazdı".

Xəbəri paylaş: