"Hər Türk dilində danışan, Türk deyil"

img

Son günlərdə İsraildə baş verən terror hadisələri barəsində və Türkiyə Respublikasının bəzi vətəndaşlarının bu  Fələstinli terrorçulara dəstək vermələrinə, Azərbaycan Milli Vətənpərvərlər Birliyinin sədri Rauf Bayrambəyli münasibət bildirib.


Rezonans.az-ın məlumatına görə o qeyd edib ki, artıq necə gündür ki, hamımız şahidik ki, İsrail Dövləti öz ərazisində haqq savaşı aparır. Orada, adı müsəlman olan və müsəlmanlığa sığmayan terrorçular, müharibə cinayyəti törədərək sıravi vətəndaşlara qarşı qətliam törədir. Aydır ki, “Həmas” və digər terror qruplaşmaları Tehran höküməti tərəfindən maliyələşir və hər cürə dəstək görürlər. Biz inanırlq ki, necə ki biz Qarabağdan Erməni terror qruplaşmalarını təmizləmişik, eləcə də İsrail, fələstin terrorçularını öz torpaqlarından təmizləyəcəklər. 


Çox təəssüf ilə qeyd etmək istərdim ki, Türkiyə Respublikasında həmin terrorçulara dəstək adı ilə mitinqlər keçirildi. Amma bildirmək istərdim ki, Türkiyədə yaşayan və Türk dilində danışa bilən hər bir şəxsin Türk olduğu anlamına gəlməz.. Orada, ərəb, erməni, fars, yunan və s. millətlərin  nümayəndələri yaşayırlar.  Elə mitinqdə iştirak edənlərdə həmin millətin nümyəndələridir. Bəzi insanlar var ki, bilmədən cahillik səbəbindən Fələstinli terrorçuları dəstəkləyir bu problem deyil, bu tip şəxslərlə maarifləndirici söhbətlər apardıqdan sonra normal düşüncəyə sahib ola bilirlər. Amma bəzi insanlarda var ki, bilərəkdən, qəsdən terrorçuları dəstəkləyir. Həmin şəxslərin terrorçulardan heç bir fərqi yoxdur. 


Rauf Bayrambəyli  əlavə olaraq da bildirib ki, ikinci Qarabağ müharibəsində bizə dəstək olan hər ölkəyə bizdə dəstəyik. Azərbaycan Dövləti həmişə regionda sabitliyin hökm sürməsinin tərafdarıdır.

Xəbəri paylaş: