ABŞ və Cənubi Koreyanın hərbi hava qüvvələri mayın 9-da müntəzəm birgə təlimlərə başlamaq niyyətindədir.
Rezonans.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Təlimlət iki həftə davam edəcək. Agentliyin mənbələrindən biri bildirib ki, təlimlər “əvvəlki miqyasda” keçiriləcək.
Təlimlərdə iştirak edən hərbçilərin sayı və digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, mayın 10-da Cənubi Koreyanın yeni seçilmiş prezidenti Yun Seok Yeolun andiçmə mərasimi keçiriləcək. O, Vaşinqtonla əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.