"Dünya tarixi hazırda Ukrayna böhranı ilə əlaqədar dönüş nöqtəsindədir".
Rezonans.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Alabamada Ukraynaya tədarük edilən “Javelin” tank əleyhinə raket kompleksləri istehsal edən zavoda səfəri zamanı bildirib.
Onun sözlərinə görə, bu, hər altı-səkkiz nəsildə bir dəfə olur.
“Biz tarixin dönüş nöqtəsindəyik. Bu, təxminən altı-səkkiz nəsildə bir dəfə baş verir”, - deyə Bayden qeyd edib.
Amerika prezidenti bildirib ki, Ukrayna hadisələri müasir dünyada demokratiya ilə avtokratiya arasında “ilk real döyüş”dür.