
İyunun 18-də 1983-cü il təvəllüdlü Bayram Bayramovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Rezonans.az xəbər verir ki, ibtidai istintaqla 1970-ci il təvəllüdlü Fəxrəddin Həsənovun qeyd edilən tarixdə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən çayxanada qonşusu Bayram Bayramovu xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, eləcə də arvadı Nəcibə Həsənovanı adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməsinə və digər cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.