
Bu barədə Rezonans.az-a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, görüşdə Mediasiya Şurasını Bakı 16 saylı mediasiya təşkilatı təmsil edib. Təşkilatın rəhbəri Oğul Kərimov və mediatorları Cavid Cəfərov, Rəsul Nəbizadə və Ramiq Qardaşov Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib, günümüzdə Mediasiyanın rolu və əhəmiyyətindən bəhs ediblər. Eyni zamanda tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və onları maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.