
Azərbaycanda yeni yaradılan regional təhsil idarələrinin rəhbərlərinin kimliyi məlum olub.
Rezonans.az xəbər verir ki, Prezidentin 20 dekabr 2021-ci il tarixli sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib, inventarizasiyasının aparılması, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işləri başa çatıb.
Regional Təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri də müəyyən olunub və təhsil naziri tərəfindən təsdiq edilib.
Regional təhsil idarələrinin rəhbərlərinin adlarını təqdim edirik:
İlhamə Abdullayeva – Abşeron-Xızı Regional Təhsil İdarəsi
Rövşən Əliyev – Dağlıq Şirvan Regional Təhsil İdarəsi
Anar Qədiməliyev – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi
Gündüz Əbdulov – Qaradağ Regional Təhsil İdarəsi
Arslan Hacıyev – Qazax-Tovuz Regional Təhsil İdarəsi
Rüfət Hacıyev – Quba-Xaçmaz Regional Təhsil İdarəsi
Elxan Nəcəfov – Lənkəran-Astara Regional Təhsil İdarəsi
Elçin Kərimov – Mərkəzi Aran Regional Təhsil İdarəsi
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsi
Bəhruz Mehdiyev – Şəki-Zaqatala Regional Təhsil İdarəsi
Fuad Bədəlov – Şərqi Zəngəzur Regional Təhsil İdarəsi
Sənan Mənsimli – Şirvan-Salyan Regional Təhsil İdarəsi