
ABŞ-da pandemiya dövründə COVID-19 infeksiyasından ölənlərin sayı 1 milyonu ötüb.
Rezonans.az xəbər verir ki, bu barədə "NBC News" televiziya kanalı məlumat yayıb.
"ABŞ-ın onuncu ən böyük şəhəri olan Kaliforniya ştatının San Xose əhalisinə bərabər olan bu rəqəm heyrətamiz sürətlə - ölkədə virusun ilk halının təsdiqlənməsindən 27 ay sonra əldə edilib," - deyə telekanal qeyd edib.
Məlumata əsasən, son həftələr ərzində vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişməyə başlayıb. Bununla belə, hər gün təxminən 360 nəfər ölür.
Qeyd edilib ki, ABŞ koronavirusdan ölənlərin sayına görə, digər ölkələri qabaqlayır, ikinci yerdə 660 mindən bir qədər çox ölən olan Braziliya gəlir.