
Kolumbiyanın məşhur narkobaronlarından olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti İvan Duke məlumat verib.
O, “Otoniel”i məşhur Pablo Eskobarla müqayisə edib.
Qeyd olunur ki, 180 ilə 200 ton arasında kokain qaçaqmalçılığı edən “Otoniel” ötən ilin oktyabrında Antioquia əyalətində saxlanılıb.
2009-cu ildə Nyu-York məhkəməsi onun yerini bildirənə 5 milyon dollar vəd etmişdir.