Milli Məclis Kahramanmaraşla bağlı qanun layihəsini müzakirə edəcək

img

Milli Məclisdə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Rezonans.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Xəbəri paylaş: