Azərbaycan və Türkiyə ordularının birgə taktiki təliminin əsası məqsədi – Ekspert AÇIQLADI

img

“İlk növbədə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Şuşa bəyannaməsindən irəli gələn vəzifələri yerinə yetirmək üçün hazırlıqlarını yoxlamaq məqsədi ilə həyata keçirilir”.


Rezonans.az xəbər verir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.


Ekspert bildirib ki, “eyni zamanda bu təlimlər sülh sazişi üzrə davam edən kifayət qədər passiv danışıqlar prosesini pozmaq istəyən qüvvələrə qarşı yönəlib.


Digər tərəfdən “Mustafa Kemal Atatürk 2023” təlimləri birgə bəyanat üzrə öhdəliklərini yerinə yetirməyən Ermənistan hakimiyyətinə qarşı bir güc nümyaşidə hesab edə bilərik”.

Xəbəri paylaş: