Naxçıvan hərbi prokurorunun böyük köməkçisi təqaüdə göndərildi

img

Naxçıvan hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı İsa Məhərrəmov vəzifəsindən azad olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, İsa Məhərrəmovun prokurorluqda qulluqda olmanın son yaş həddi ilə bağlı qulluq keçməsinə xitam verilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev oktyabrın 23-də onu qəbul edərək Azərbaycan Baş prokurorunun müvafiq əmri ilə təltif olunduğu “Fəxri fərmanı” təqdim edib.

Xəbəri paylaş: