İnsan alveri qurbanlarının yaş qrupları üzrə SAYI

img

"2021-ci ildə Azərbaycanda 95 nəfərin insan alveri qurbanı olduğu müəyyənləşdirilib". 

 

Rezonans.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Seyfulla Əzimov Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məruzəsini təqdim edərkən deyib.

 

Nazir müavini həmin şəxslərin yaş qruplarını da açıqlayıb: "95 nəfərin 5-i 18-25, 59-u 25-35, 31-i isə 35 yaşdan yuxarıdır. Həmçinin, 92,8 faizi qadın, 7,2 faizi isə kişidir. 2021-ci ildə 13 nəfər insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilib".

Xəbəri paylaş: