Bu idman yarışı qaliblərinin mükafatlandırma mərasimi keçirilib

img

Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Adil Əliyev, Ülvi Quliyev, Elnur Allahverdiyev, Yasamal RİH-in başçısı Elşad Həsənov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevlə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında təşkil edilmiş idman yarışının qaliblərinin təntənəli mükafatlandırma mərasimində iştirak etdiblər.

Rezonans.az Ulu Öndər Heydər Əliyevin siyasi kursunda bədən tərbiyəsi və idmana xüsusilə yer verilmiş, idman sahəsindəki uğurlarımız Prezident İlham Əliyevin 1998-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsiylə daha da geniş vüsət almışdır.

 Xüsusilə gənc nəslin idmana marağının artırılmasında görülən işlər, idmançılarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, nüfuzlu idman yarışlarının, olimpiadaların ölkəmizdə yüksək səviyyədə təşkili Azərbaycanı dünyada idman ölkəsi olaraq tanıdır.

Xəbəri paylaş: