Sahibə Qafarova Atatürkün məzarını ziyarət etdi

img

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankarada Anıtqəbirə gedib.

 

Rezonans.az xəbər verir ki, spiker və nümayəndə heyətinin üzvləri burada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad edib. Sahibə Qafarova məzarın önünə əklil qoyub.

 

Sonra Milli Məclisin sədri Xatirə kitabına ürək sözlərini yazıb.

 

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 25-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfərə gedib. Nümayəndə heyətinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputatlar Ağalar Vəliyev, Cavanşir Paşazadə, Fazil Mustafa, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Xəbəri paylaş: