Kiyev danışıqlardan çıxmaq niyyətində deyil

img

Ukrayna hələlik danışıqlar prosesindən çıxmaq niyyətində deyil.

 

Rezonans.az xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

 

O qeyd edib ki, Ukrayna və Rusiya arasında danışıqlar prosesinə fasilə verilib.

 

"İstanbulda olan təmas qrupları əlaqədədirlər. Onlar istənilən vaxt danışıqların növbəti raundunu təşkil edə bilərlər. Başqa bir şey odur ki, danışıqlar aparmaq səlahiyyətinə malik olduqları bütün məsələlərdə onlar artıq razılığa gəliblər. İndi ən mürəkkəb və fundamental qərarlar qalır - Ukraynanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatları. Bu məsələlərdə isə yalnız prezidentlər razılaşa bilər", - deyə Nikiforov bildirib.

Xəbəri paylaş: