Türkiyə Ermənistan aviaşirkətinə uçuş icazəsi vermədi

img

Türkiyə Ermənistanın “FlyOne Armenia” aviaşirkətinə Avropaya uçuşlar üçün öz hava məkanından istifadəyə icazə verməyib.

 

Rezonans.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, bununla əlaqədar aviaşirkət iyunun 10-na qədər İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan reyslərini ləğv etmək məcburiyyətində qalıb.

Xəbəri paylaş: