
Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
Rezonans.az xəbər verir ki, görüş Şahin Mustafayevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində baş tutub.
Söhbət zamanı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin dəmir yolu marşrutunun inkişafı məsələləri müzakirə olunub.