Əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasına görə əldə olunan gəlirlər vergidən azad ediləcək.
Rezonans.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV kəşbek) görə əldə olunan gəlirlər gəlir vergisindən azad ediləcək.