Qiymət artımlarına təsir edən xarici və daxili amillər, o cümlədən növbəti il dünyada ərzaq qiymətləri indeksinin nisbətə aşağı düşəcəyi proqnozları nəzərə alınmaqla orta illik inflyasiya cari ildə 9,5 faiz olacaq"
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, inflyasiya 2024-cü ildə 5,3 faiz, 2025-2027-ci illərdə isə strategiya ilə müəyyən edilmiş hədəf diapazonuna uyğun olaraq 4-5 faiz ətrafında olacağı proqnozlaşdırılır.
M.Cabbarov qeyd edib ki, cari ildən etibarən Abşeron yatağı üzər həm neft, həm də təbii qaz hasilatına başlanılması iqtisadi sektorun inkişafına müəyyən töhfə verəcək:
“Buna baxmayaraq, orta müddətli dövrdə neft hasilatının 2022-ci ilin hasilat səviyyəsindən aşağı olacağı gözlənilir. Bu da neft hasilatında xüsusi çəkiyə malik Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilatın azalma bazasına keçməsi ilə əlaqədardır. Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı gözlənilir".