Onkoloji xidmət üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılıb.
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov büdcə müzakirələri zamanı deyib.
"Lakin bu vəsait onkoloji xəstəliklərin müalicəsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün azdır", - o qeyd edib.
“Düzdür, gələn ilin büdcəsindən səhiyyə xərcləri üçün 20 milyondan çox vəsait ayrılıb. Lakin bu vəsaitlə ağır patologiyaları müalicə etmək mümkün deyil. Nəzərə alsaq ki, icbari tibbi sığorta fondu get-gedə artır və səhiyyə büdcəsinin 73,5 faizi icbari tibbi sığortaya yönəlir, mənə elə gəlir, tədricən bu proqramları icbari tibbi sığortaya keçirmək lazımdır”, - komitə sədri əlavə edib.