"Yaxın dörd ildə DSMF-nin vəsaitləri xeyli artacaq" - Komitə sədri

img

Milli Məclisə təqdim olunmuş növbəti üç il ərzində proqnoz göstəricilərdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə balanslaşma məqsədilə köçürülən pulun həcminin kəskin surətdə artması gözlənilir.

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“Bu, o deməkdir ki, 2025-26-2027-ci illərdə Fondun vəsaitlərinin həcmi xeyli artacaq. Bu da əhalinin sosial vəziyyətində, pensiya təminatlarının artırılmasında və vəsaitlərdən istifadədə geniş imkanlar yaradacaq”, - deyə T.Mirkişili bildirib.

Xəbəri paylaş: