Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Banklar haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Rezonans.az xəbər verir ki, layihəyə əsasən, müflis elan edilmiş bankın aktivləri onun kreditorları arasında yeni növbəlilik qaydasında bölüşdürüləcək.
Bu halda dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər ödəniləcək.
Belə ki, təklif olunan dəyişiklik müflis bankın dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənilməsini nəzərdə tutur.