Bu əmanətlər üzrə faiz gəlirləri vergidən azad ediləcək

img

"Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən azad olacaq".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov deyib.

O qeyd edib ki, bunun da iki hədəfi var: "Bu, bir tərəfdən bankların kapitalizasiyasına hədəflənib.  Banklar uzunmüddətli kreditləri verir ki, paralel olaraq əmanətləri də daha uzun müddətə cəlb etsinlər. Eyni zamanda, milli valyutadakı depozitlərə bu güzəştlərin verilməsi milli valyutaya tələbin artırılması siyasətini özündə ehtiva edir”.

Xəbəri paylaş: