Deputatlar İraqa gedirlər

img

Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov və deputat Əminə Ağazadə noyabrın 8-də İraqın Bağdad şəhərinə səfər edəcəklər.

Bu barədə Rezonans.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Millət vəkilləri Asiya Parlament Assambleyası Siyasi işlər üzrə daimi komitənin iclasında iştrak edəcəklər.

İclasda “Qanunun aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətləri haqqında” , “Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın təmin edilməsinə dair” , “Demokratiya yolu ilə harmonik inkişafa dair” və digər qətnamə layihələri müzakirə ediləcək.

Səfər noyabrın 12-də başa çatacaq.

Xəbəri paylaş: