"İnanmaq elə də çətin deyil, hər şey ortadadır. 2014-cü ildən bəri Rusiyaya qarşı 10 128 sanksiya tətbiq olunub. Məncə, bu say hər şeyi ifadə edir".
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin danışıb.
O vurğulayıb ki, bu, onların mövcud olduğu bütün tarixdə başqa dövlətlərə qarşı olduğundan daha çoxdur.
Rus deputatın fikrincə, bu çağırışlar Rusiyanı daha da güclü edəcək.
Volodin həmçinin qeyd edib ki, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyalara yalnız Üçüncü Dünya müharibəsinin alternativ ola biləcəyinə inanır.










