İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

img

“Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi” mövzusunda beynəlxalq konfransda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib. 

Rezonans.az xəbər verir ki, müraciəti Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oxuyub.

Qeyd edək ki, bu gün Bakı “Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüslər əsasında keçirilir.

Xəbəri paylaş: