"Vətəndaş və sahibkar məmnunluğu unudulmamalıdır" - Prezidentin köməkçisi

img

Qeyri-neft ixracının texnologiya tutumunda inkişaf var. Son dövrlərdə, dövlət büdcəsinin gömrük daxilolmalarında qeyri-neft daxilolmaları 35 faizə çatıb".

Rezonans.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən "Gömrük Biznes Forumu 2023" tədbirində deyib.

O bildirib ki, gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi nəticə etibarilə xarici ticarət bazarına da müsbət təsir göstərir: “Hazırda gömrük orqanları ilə sahibkarlar arasında səmərəli dialoq qurulur. Bu sahədə daha praktiki tədbirlərin həyata keçirilməsi də vacibdir. Vətəndaş və sahibkar məmnunluğu unudulmamalıdır”.

Prezidentin köməkçisi qeyd edib ki, gömrük sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olub: “2015-2022-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb. Eyni zamanda, qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub”.

Xəbəri paylaş: