Hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürümü bildirirəm.
Rezonans.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein
İki ay əvvəl Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini vurğulayan dövlət başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını qeyd edib.
Azərbaycanın da daim İslam həmrəyliyi prinsipinə sadiq olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilatın fəaliyyətini dəstəklədiyini, o cümlədən quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.